Bu səhifənin tərcümələri
Rəqəmli informasiya texnologiyasının dünya ictimaiyyətinə verdiyi töhvə informasiyanın asanlıqla surətinin çıxardılması və modifikasiya edilməsidir. Kompyuterlər bu işi etməkdə bizə xeyli kömək edirlər.
Heç də hamı bunun asan olmasını istəmir. Müəlliflik hüququ adlanan sistem proqram təminatı "sahiblərinə" proqramdan gələn xeyri cəmiyyətin digər üzvlərindən gizlətmələri üçün şərait yaradır. Onlar bizim istifadə etdiyimiz proqram təminatını çoxaldan və modifikasiya edən yeganə şəxs olmağı arzulayırlar.
Müəlliflik hüququ sistemi kütləvi istehsal texnologiyası hesab edilən çap etmə ilə mütənasib olaraq inkişaf edirdi. Müəlliflik hüququ bu texnologiya ilə çox yaxşı uyğunlaşırdı. Çünki bu yalnız nüsxələrin kütləvi istehsalçılarını məhdudlaşdırırdı. Bu kitab oxuyanlardan onların azadlıqlarını almırdı. Mətbəəsi olmayan adi oxucu kitabın yalnız qələm və mürəkkəb ilə surətini çixarda bilərdi və olduqca az sayda oxucu buna hüququ şəkildə etiraz edirdi.
Rəqəmli texnologiya mətbəəyə nisbətən daha rahatdır: informasiya rəqəmli xüsusiyyətə malik olduqda siz asan bir şəkildə onun surətini çıxardıb, digərləri ilə paylaşa bilərsiniz. Bu rahatlıq müəlliflik hüququ adlanan sistemi qəti şəkildə qane etmir. Məhz bu səbəbdən müəlliflik hüququnun müdafiəsi üçün son dərəcə eybəcər və sərt tədbirlərə əl atılır. Proqram Təminatı İstehsalçıları Assosasiyasının (PTİA) (Software Publishers Association) dörd iddiasına nəzər salaq:
Hər dörd hal keçmiş Sovet İttifaqında movcud hallara bənzəyir. Bu ölkədə hər bir surət çıxardan aparatın gözətçisi var idi və fərdi şəxslər informasiyanın surətini gizli şəkildə çıxardaraq, "samizdat" kimi əldən ələ ötürürdülər. Əlbəttə burada bir fərq var idi: Sovet İttifaqında informasiyaya nəzarət siyasi xarakter daşıyırdı; ABŞ-da isə bu gəlir qazanmaq məqsədini güdürdü. Amma bu addımlar sonda bizə təsir edirdi. Nə üçün edilməsindən asılı olmayaraq informasiyanın yayılmasının əleyhinə yönəlmiş istənilən cəhd eyni məna kəsb edir.
Sahibkarlar informasiyanın istifadəsinə nəzarət etmək məqsədilə bir neçə dəlil təqdim edirlər:
Sahibkarlar "piratlıq" və "oğurluq" kimi çirkin sözlər, mütəxəssislər isə "intellektual mülk" və "zərər" kimi terminlərdən istifadə edərək ictimaiyyətə bir düşüncə tərzi yeritməyə çalışırlar. Bu isə proqram və fiziki əşyalar arasında sadə bir analogiyadır.
Bizim maddi əşyalar üzərində mülkiyyətlə bağlı ideya və intuisiyalarımız bu əşyaların kimdənsə götürülməsinin nə qədər düzgün olmasını əhatə edir. Onlar birbaşa nəyinsə surətinin çıxardılmasına ehkam vurmurlar (işarə etmirlər). Amma sahibkarlar hər halda qaydalara riayət etməyi bizdən xahiş edirlər.
Sahibkarlar deyirlər ki, istifadəçilər özləri proqramın surətini çıxardarkən onlara "zərər" və ya "iqtisadi ziyan" dəyir. Lakin surət çıxartmaq sahibkara birbaşa təsir etmir. Sahibkar o zaman itirir ki, surət çıxardan şəxs həmin sahibkardan fərqli digərinə pul ödəmiş olsun.
Bir qədər düşünsək görərik ki, bu şəxslərin əksəriyyəti surətləri almazdılar. Buna baxmayaraq sahibkarlar yenə də "itkilərini" hesablayırlar. Bu sadəcə şişirtmədən başqa bir şey deyil.
Sahibkarlar tez-tez qanunun cari vəziyyətindən və bizə hədə-qorxu gəlmək üçün müxtəlif kobud cərimələrdən bəhs edirlər. Belə yanaşmada ehtimal ondan ibarətdir ki, bu günün qanunu mənəviyyatın müzakirə obyekti olmayan təsvirini təklif edir---bununla belə eyni zamanda biz təbii hal kimi bu cərimələrə tabe olmağa vadar edilirik.
Bu cür yanaşma tənqidi təfəkkürə müqavimət göstərmək məqsədini yox, vərdiş halına çevrilmiş əqli düşüncə tərzini daha da gücləndirmək niyyətini güdür.
Təəccüblü deyil ki, qanun nəyin düz, nəyin səhv olmasına qərar verə bilmir. Hər bir amerikalı bilməlidir ki, qırx il bundan əvvəl bir çox ştatlarda qara dərili şəxslərin avtobusun ön hissəsində əyləşmələri qanun tərəfindən qadağan edilmişdi; amma yalnız irqçilər orada oturmağın səhv olduğunu deyirdilər.
Müəlliflər tez-tez yazdıqları proqramlarla xüsusi bir əlaqələrinin olduğunu iddia edirlər və inandırmağa çalışırlar ki, nəticə etibarilə onların proqrama aid istəkləri və maraqları sadəcə olaraq digərlərinkindən---və ya hətta dünyanın qalan hissəsinkindən daha üstündür. (Bir qayda olaraq, proqramın müəlliflik hüquqlarının sahibi müəllif özü yox, şirkət olur. Amma bunun bizim üçün heç bir fərqi yoxdur.)
"Müəllif səndən daha vacibdir." - fikrini etik aksiom kimi təqdim edənlərə mən yalnız onu deyə bilərəm ki, mən, tanınmış proqram təminatı müəllifi, özüm bunu cəfəngiyyat adlandırıram.
Amma ümumiyyətlə insanlar yəqin ki, iki səbəbə görə təbii hüquqlara simpatiya hiss edirlər.
Səbəblərdən biri maddi obyektlər arasındakı analogiyadır. Mən spagetti bişirəndə obyekt duzəldirəm və kimsə onu yeyir, mən isə onu yeyə bilmirəm. Onun bu hərəkəti mənə ona xeyir verdiyi qədər zərər vurur; ikimizdən yalnız biri spagetti yeyə bilər. Elə isə kim? Aramızdakı cüzi fərq etik balansı pozmağa kifayət edər.
Yazdığım proqramı istifadə etsəniz və ya dəyişdirsəniz sizə birbaşa, mənə isə yalnız dolayı yolla təsir edəcək. Dostunuza surətini versəniz belə bu sizə və dostunuza məndən daha çox təsir edəcək. Mənim "bunu etməyin" demək səlahiyyətim olmamalıdır. Yalnız mənim deyil, heç kimin.
İkinci səbəb isə odur ki, müəlliflərin təbii hüquqlarının cəmiyyətimiz tərəfindən qəbul edilmiş və mübahisə predmeti olmayan ənənə olduğu insanlara aşılanır.
Tarixən bunun əksi düz olub. Müəllifin təbii hüquqları ideyası ABŞ Konstitusiyası tərtib olunan zaman irəli sürülmüşdü, amma qəti şəkildə rədd edilmişdi. Məhz buna görə Konstitusiya yalnız müəlliflik hüqüqu sisteminə icazə verir və məcburi şəkildə hər hansı birini tətbiq etmir; bu səbəbdən müəlliflik hüququnun müvəqqəti olması qeyd olunur. Burada o da bildirilir ki, müəlliflik hüququnun məqsədi inkişafa köməkdir---müəllifləri mükafatlandırmaq deyil. Müəlliflik hüququ bu və ya digər yolla müəllifləri, o cümlədən naşirləri də mükafatlandırır, amma bu onların davranışının dəyişdirilməsi vasitəsi kimi təsvir edilir.
Cəmiyyətimizin əsaslı surətdə möhkəmlənmiş ənənəsi ondan ibarətdir ki, müəlliflik hüquqları cəmiyyətin təbii hüquqlarına nüfuz edir---və buna yalnız cəmiyyətin xeyrinə xidmət etdikdə bəraət qazandırmaq olar.
Proqram təminatının sahiblərinin son dəlili daha çox proqram təminatı istehsal etməklə bağlıdır.
Digərlərindən fərqli olaraq bu dəlil məsələyə dair heç olmasa legitim yanaşma hesab edilə bilər. Bu qanuni məqsədə əsaslanır---yəni proqram təminatı istifadəçilərini razı salır. Təcrübədən də aydındır ki, insanlara etdiklərə işə görə yaxşı maddi vəsait ödədikdə, onlar istehsalı da buna uyğun şəkildə artıracaqlar.
Amma iqtisadi faktorun da qüsuru var: burada fərq yalnız bizim nə qədər ödəyəcəyimizlə bağlıdır. Bu faktora əsasən bizim istədiyimiz proqram təminatının sahibinin olub-olmamasından asılı olmayaraq, "proqram təminatı istehsalıdır".
İnsanlar bu ehtimalı qeyd-şərtsiz qəbul edirlər, çünki bu bizim maddi obyektlərlə olan münasibıtimizə uyğun gəlir. Misal üçün buterbrod götürək. Eyni buterbrodu siz həm pulsuz, həm də müəyyən məbləğ ödəməklə əldə edə bilərsiniz. Əgər belədirsə, onda yeganə fərq ödədiyiniz məbləğdir. Buterbrod eyni dada, eyni qidalılıq göstəricisinə malikdir və istənilən halda siz onu bir dəfə yeyə bilərsiniz. Sahibdən alıb-almamağınız buterbrod üçün ödədiyiniz məbləğdən başqa bir şeyə birbaşa təsir etməyəcək.
Bu hər cür maddi obyekt üçün doğrudur---baxmayaraq ki, sahibin olub-olmaması bunun nə olmasına və ya siz bunu əldə etdikdən sonra onunla nə edəcəyinizə heç bir təsiri yoxdur.
Əgər proqramın sahibi varsa, onda bunun nə olmasına və proqramın surətinin birini aldıqdan sonra onunla nə edəcəyinizə təsir göstərəcək. Fərq yalnız pulda deyil. Proqram təminatı sahibləri sistemi proqram təminatı sahiblərini nə isə istehsal etməyə vadar edir--- bu isə heç də həmişə cəmiyyətin ehtiyac duyduğu bir şey olmur. Bu bizə təsir edəcək dərk edilməz etik çirklənməyə səbəb olur.
Cəmiyyət nəyə ehtiyac hiss edir? Cəmiyyət vətəndaşlar üçün əlçatan olan informasiyaya ehtiyac duyur---misal üçün, buraya yalnız işlətmək üçün deyil, o cümlədən uyğunlaşdırılması və təkmilləşdirilməsi mümkün olan proqramlar da daxildir. Proqram təminatı sahiblərinin təqdim etdikləri isə sadəcə olaraq bizim öyrənə və ya dəyişdirə bilmədiyimiz qara qutudur.
Cəmiyyətə azadlıq da lazımdır. Proqramın sahibi olduqda istifadəçilər şəxsi həyatlarının bir hissəsini idarə etmək üçün lazım olan azadlıqlarını itirirlər.
Qeyd olunanlardan başqa cəmiyyət vətədaşlarında könüllü əməkdaşlıq ruhunu təbliğ etməlidir. Proqram təminatı sahibləri bizim qonşuya köməyimizi "piratlıq" kimi təqdim etdikdə, onlar cəmiyyətimizin mülki ruhunu çirkləndirirlər.
Buna görədir ki, biz azad proqram təminatının maddi deyil, mənəvi məsələ olduğunu qeyd edirik.
Sahibkarların irəli sürdükləri iqtisadi faktor yanlışdır. Bəziləri bundan həzz aldıqları və bu işin vurğunu olduqları üçün proqram yazırlar; amma bir halda ki, biz bu insanların yazdıqlarından daha çox proqram təminatı istəyiriksə, onda bunun üçün vəsait toplamaq lazımdır.
On ildir ki, azad proqram təminatını inkişaf etdirənlər vəsait toplamaq üçün müxtəlif vasitələr tapmağa çalışmışlar. Burada məqsəd kimisə varlı etmək deyil; orta səviyyəli ABŞ ailəsinin gəliri təxminən 35k dollardır. Bu isə proqramlaşdırmadan fərqli digər işlərlə məşğul olmağa daha çox stimul verir.
Ayrılan təqaüdlərə qədər mən yazdığım azad proqram təminatının sadə təkmilləşdirilməsi yolu ilə pul qazanırdım. Hər bir yenilik standard buraxılışa əlavə olunaraq ictimaiyyətə təqdim edilirdi. Müştərilər mənə maddi vəsait verdiklərinə görə daha çox onların istədikləri yeniliklər üzərində işləyirdim.
Azad proqram təminatının inkişafına çalışan vergidən azad, xeyriyyə fondu olan Azad Proqram Təminatı Fondu (APTF) GNU CD-ROM-larını, maykalarını, dərsliklərini və deluks distributivlərini (bu distributivlərin surətinin çıxardılmasında və dəyişdirilməsində istifadəçilər azaddır) satmaqla yanaşı, fədakarlıqar yolu ilə də maliyyə vəsaiti toplayır. Hal-hazırda fondda beş proqramçı və elektron poçt vasitəsilə edilən sifarişlərlə məşğul olan daha üç nəfər çalışır.
Bəziləri isə dəstək xidmətlərini təklif etməklə vəsait yığırlar. 50 işçiyə malik (məqalə yazılanda belə idi) Cygnus Support-un bildirdiyinə görə, heyətin fəaliyyətinin 15%-i təxminən azad proqram təminatının inkişafının payına düşür---bu proqram təminatı ilə məşğul olan şirkət üçün qənaətbəxş faizdir.
İntel, Motorola, Texas İnstruments və Analog Devices kimi şirkətlər C dili üçün azad GNU kompilyatorunun təkmilləşdirilməsinin maliyyələşdirmək üçün bir araya gəliblər. Ada dili üçün GNU kompilyatoru isə ABŞ Hava Qüvvələri tərəfindən maliyyələşdirilir. ABŞ Hava Qüvvələri bunun yüksək keyfiyyətli kompilyator əldə etməyin ən dəyərli üsul olduğunu bildirirlər.[Hava Qüvvələrinin maliyyələşdirmə fəaliyyəti dayandırılıb; GNU Ada kompilyatoru artıq işləyir və onun dəstəklənməsinin maliyyələşdirilməsi kommersiya xarakteri daşıyır.]
Bütün bu misallar heç də kifayət deyil; azad proqram təminatı hərəkatı hələ kiçik və cavandır. Amma bu ölkədə [ABŞ] dinləyicilər tərəfindən dəstəklənən radionun olması heç bir məbləğ ödəmədən geniş aksiyanın dəstəkləməsinin mümkün olduğunu göstərir.
Kompyuter istifadəçisi kimi siz mülkiyyət xarakterli (18k simvollu) proqramdan istifadə edərək özünüzü dərk edə bilərsiniz. Dostunuz sizdən proqramın surətinin çıxardılmasını istəyirsə, imtina etməyiniz heç də yaxşı olmazdı. Əməkdaşlıq müəlliflik hüququndan daha vacibdir. Gizli əməkdaşlığın isə cəmiyyətə xeyri yoxdur. İnsan gərək dogru, dürüst, qürurla yaşamağa can atsın. Bu isə mülkiyyət xarakterli proqram təminatına "Xeyr" deməkdir.
Siz digər proqram təminatı istifadəçilərilə azad və açıq şəkildə əməkdaşlıq etməyə layiqsiniz. Siz proqram təminatının necə işləməsini öyrənməyə və bunu tələbələrinizə öyrətməyə layiqsiniz. Siz proqram təminatı xarab olduqda istədiyiniz proqramçını kirayələyib, onu düzəltdirməyə layiqsiniz.
Bir sözlə, siz azad proqram təminatına layiqsiniz.
Bu səhifənin tərcümələri:
[
Azərbaycanca
| Català
| Česky
| Dansk
| Deutsch
| English
| Español
| فارسی
| Français
| Hrvatski
| Bahasa Indonesia
| Italiano
| 日本語
| 한국어
| Magyar
| Polski
| Português
| Русский
| Türkçe
]
APTF və GNU ilə bağlı suallarınızı
[email protected] elektron poçt ünvanına göndərin.
Bundan əlavə APTF ilə digər vasıtələrlə də əlaqə saxlamaq olar.
Işləməyən linklər və digər düzəlişləriniz (və ya təklifləriniz) üçün elektron poçt ünvanı:
[email protected]
Bu məqalənin idarə olunması və tərcüməsi ilə əlaqədar məlumat almaq üçün Tərcümələr üzrə oxuməni faylına müraciət edin.
Copyright 1994 Richard Stallman
Verbatim copying and distribution of this entire article is
permitted in any medium without royalty provided this notice is
preserved.
Yenilənib: $Date: 2005/12/10 02:43:07 $ $Author: sinuhe $